Əkiz bacılar eyni kişini sevdi: İndi də evlənirlər – FOTOLAR

Dünyanın ən çox bir-birinə bənzəyən tək yumurta əkizləri kimi məşhurlaşan Anna və Lusi Decinque (31) bacıları uzun müddətdir eyni kişiylə münasibətdədir. 

Həyatları boyu bir neçə metrdən artıq bir-birilərindən uzaq qalmadıqlarını deyən avstraliyalı əkizlər Anna və Lusi Decinque bütün dünyada böyük marağa səbəb olub.

“Daily Mail”in yaydığı xəbərə görə, 31 yaşlı əkizlər 5 ildir birlikdə olduqları birgə sevgililəri ilə evlənmək planlarını açıqlayıb.

Əkiz bacılar “İkimizdə eyni adamla evlənmək istəyirik. Adı Bendir. 5 ildir ki, bir yerdəyik. Ağlımızı qarışdıran çox şey var. Olarmı? Bilmirik. Ancaq Amerikada, Tuksonda evlənə biləcəyimizi öyrəndik. Hər şeydən iki dənə almaq məcburiyyətindəyik. 2 üzük, 2 gəlinlik. Ben onsuz da bizə daim cəvahirat alır. Bunun problem olacağını güman etmirik”, – deyiblər.

Belə qeyri-adi bir əlaqənin yaranmasına əslində Ben təşəbbüskar olub. Əkizləri ilk dəfə öz şəxsi Facebook hesabındakı dost təklifləri arasında görüb və onlara dostluq təklifi göndərib.

Ben iki il bundan əvvəl Beynəlxalq Qadınlar günündə “The Sun” qəzetinə “Həyatımda ilk dəfə eyni anda iki qız dostum oldu və dürüst olmaq lazım gələrsə, bu, olduqca çətin bir şeydir, çünki ikisinə də tamamilə bərabər davranmaq lazımdır. Biri üçün nə edirəmsə, digəri üçün də eyni şeyi etmək, tarazlığı qurmaq məcburiyyətindəyəm”, – deyə açıqlama verib.

Əkizlər Bendən uşaq sahibi olmaq istədiklərini də dilə gətiriblər: “Eyni vaxtda hamilə qalmaq istəyirik. Riskli olduğunun fərqindəyik, amma yenə də Bendən uşağımızın olmasını çox istəyirik”.

Dergi.Az

mənbə: cebhe.info

loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.