Hadisə

Əməliyyatdan sonra ölən həkimin ailəsində bədbəxt hadisə

Liposaksiya əməliyyatı keçirdikdən sonra dünyasını dəyişən həkim-ginekoloq Sona Gürgün Gürgün Vəliyevanın ölümü ilə bağlı yeni məlumatlar əldə olunub.

Medicina.az xəbər verir ki, S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanım həkimin əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgünün infarkt keçirib. Hazırda onun vəziyyətinin kritik olduğu bildirilir. Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, bu, Cəmil Gürgünün ikinci infarktıdır.

Xatırladaq ki, S.Vəliyevanın üzərində əməliyyatı estetik-cərrah Sirus Qoçxani edib.

Adı çəkilən həkim daha əvvəl 2017-ci ildə gənc model Leyla Oruclunu liposaksiya əməliyyatı etmiş və xəstə əməliyyatdan sonra ölmüşdü. Ailəsi L.Oruclunun ölümündə S.Qoçxanini ittiham edirdi.