Dünya

Ərdoğan özünü Atatürklə müqayisə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda sualları cavablandırıb.

News24.az xəbər verir ki, R.T.Ərdoğan müsahibə zamanı özünü Türkiyənin 1-ci prezidenti Mustafa Kemal Atatürklə müqayisə edib:

“Bir zamanlar Mustafa Kemalın başına gələnlər və ya onun üzərinə atılan işlər hazırda mənim başıma gəlir. Mənim gördüyüm işləri Kılıçdaroğlundan tələb edə bilməzlər. Çünki hazırkı vəziyyətdə bu işləri yalnız mənim görə biləcəyimi anlayırlar. Bunu bütün dünya bilir”.