“Ərim xərçəngdən öldü” – Aysel

Azərbaycanı “Eurovision 2018” mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib:

“Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianist idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq həqiqətən də o, mənim həyatıma böyük müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi”.

Sayt yazır ki, Aisel bir müddət İsraildə yaşayıb: “Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim tibbi müalicə qəbul edirdi, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.

Daha sonra müğənni mahnını həyat yoldaşının xatirəsi üçün ifa edəcəyini söyləyib.

Bir cavab yazın