Gündəm

“Ərinə xəyanət edir, kişi də videosunu paylaşır” – Məşhurlar tənqid etdi

Ötən gündən sosial şəbəkələrdə ərin arvadının xəyanətini çəkib paylaşdığı görüntülər müzakirə mövzusuna çevirilib.

Dərgi.az xəbər verir ki, Azərbaycanda baş verən hadisəyə məşhur simalar da reaksiya verib.

Xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Nüşabə Ələsgərli, aparıcı Elgiz Əkbər və prodüser Tarix Əliyev (Tolik) olub. Əvvəlcə N. Ələsgərli səhifəsində video açıqlama yayaraq görüntüləri yayan şəxsləri qınayıb:

“Bəzi “instaqram” səhifələrinə müraciət edirəm, ayıbdır. Hətta “instaqram” sizdən utanır, paylaşdığınız videoları pozur. Pis şeylər paylaşmaqla nə əldə edirsiz? Uşaqlar, abırlı-həyalı insanlar görür, utanırlar. Bu kimə lazımdır? Harada cinayət, əxlaqsızlıq, heyvanlara zorakılıq var təbliğ edirsiz. Bəsdirin, əsəblərimizlə oynamayın”.

Tanınmış aktrisa N. Allahverdiyeva isə hər kəsi bu cür görüntülərin yayılmasına “yox” deməyə çağırıb:

“3-4 dəqiqə bundan əvvəl bir paylaşımı gördüm. Bütün insanlar belə şeylərə “yox” deməlidirlər. Qadın ərinə xəyanət edir, kişi onun görüntüsünü çəkib paylaşır. Məni düzgün başa düşün, xəyanət edən kişiyə və qadına haqq qazandırmıram. Amma biabırçı paylaşımlar bizim cəmiyyətə nə verir?”

Aparıcı Elgiz Əkbər də “instaqram”ın canlı yayımında gündəmi zəbt edən mövzu barədə şərh verib. O, bu cür hadisələrin daha çox rayonlarda baş verdiyini bildirib: “Dəhşətə gəlirəm, bütün bu hadisələr rayonlarda baş verir. Şəhərdə çox az-az rast gəlirik. Əyalətlərdə baş verəni isə çəkinmədən yayırlar. Ailənin abrını bu şəkildə yaymaq olmaz. Özüm uzun müddət sosial verilişlərin aparıcısı olmuşam. Ailə mövzusunda verilişlər hazırlamışam”.

Dərgi.az