1 milyonluq büstqalteri o geyinəcək – Fotolar

1 milyonluq büstqalteri o geyinəcək – Fotolar

“Victoria’s Secret” möhtəşəm şousunda hamının xəyalı olan alt geyimini 29 yaşlı model Elza Hoska etibar edib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, büstqalter gümüş və 2100 brilyantdan hazırlanıb. “Atelier Swarowski”nin hazırladığı şou noyabrın 8-də Nyu-Yorkda keçiriləcək.

Büstqalterin hazırlanmasına 930 saat gedib. Dəyəri isə 1 milyon dollardır. Sama Hosk isə büstqalterlə ilk fotosessiya etdirən məşhur olub.

Büstqalterin eyni zamanda “Swarowski”dən hazırlanan ikinci bir versiyası da var. Bu isə noyabrın sonunda hərraca çıxarılacaq. Başlanğıc qiyməti isə 250 dollar müəyyənləşib.

Qeyd edək ki, “Mouawad” tərəfindən hazırlanan qızıl büstqalter də bir müddət əvvəl gündəmdə idi. Brilyant qaşlarla bəzədilən alt geyimi 2 milyon dollar idi.