Dünya

110 kilodan 58 kiloya düşən aktrisa

Türk aktrisası Yeşim Ceren Bozoğlunun arıqlamağı diqqətdən qaçmayıb.

Dergi.az  xəbər verir ki, arıqlamaq üçün mədə əməliyyatı keçirən aktrisa 110 kilo çəkidən, 58 kiloya enib.

Bozoğlu 52 kilo arıqlaması haqqında mediaya açıqlama verib: “Əməliyattdan bi müddət keçdikdən sonra hava limanına anamla atamı qarşılamağa getdim. Yanımdan keçib, məni tanımadılar. Mən indi özümü 23 yaşımda hiss edirəm. Amma bunu sadəcə çəki ilə əlaqələndirmirəm. Həyatımı daha yaxşı idarə etdiyimi düşünürəm. Qəlbiniz gözəldirsə, çəki heç önəmli deyil.”