Dünya

13 yaşlı uşağın zarafatı Sinqapuru bir-birinə qatdı

13 yaşlı uşağın zarafatı Sinqapur Hava Yollarını bir-birinə qatıb.

Dərgi.az xəbər verir ki, Filippindən Sinqapura uçan təyyarədə bomba olduğu barədə polisə məlumat verilib. Məlumatdan sonra Sinqapur hərbi hava qüvvətləri 2 döyüş təyyarəsini sərnişin təyyarəsinə kömək üçün göndərib. Ancaq bir qədər sonra məlumatın 13 yaşlı uşağın zarafatı olduğu məlum olub.

Ölkənin müdafiə naziri hadisə ilə bağlı sosial şəbəkədə məlumat yayıb: “Ölkəmizə gələn sərnişin təyyarəsinə kömək üçün 2 döyüş təyyarəsi göndərdik. Bu yalan məlumat olsa da, biz vəzifəmizi yerinə yetirdik.”

Qeyd edək ki, təyyarədə 144 sərnişin və 6 hava yolları işçisi olub.