Dünya

20 dəqiqəyə iki milyon dollar qazandı – FOTO

Ötən gün dünya şöhrətli ifaçı Cennifer Lopez Qətərdə “Doha Festival City” adlı alış-veriş mərkəzinin açılışına qatılıb.

Oxu.Az xəbər verir ki, 49 yaşlı müğənni səhnəyə çıxaraq tamaşaçıların suallarını cavablandırıb.

20 dəqiqə səhnədə qalan müğənni heç bir mahnı ifa etməyib və iki milyon dollar pul qazanıb.

Qeyd edək ki, Cey Lo bir neçə gün öncə yeni klipinin çəkilişləri zamanı Mayamidə görüntülənmişdi.

Onun klip üçün seçdiyi paltar sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.