Könül: “Mənə və malıma dəyən ziyan balamın, ailəmin sədəqəsi olsun”

Xəbər verdiyimiz kimi, aparıcı Könül Muxtarovanın avtomobilini soyublar.

Dərgi.az-ın məlumatına görə, maşının şüşələrini sındırıb, içindən aparıcıya aid pul və əşyaları oğurlayıblar. K.Muxtarova hadisə haqda yazaraq, çox qorxduğunu bildirib:

“Başıma gələn məlum hadisə heç də xoş deyildi. İlk dəfə yaşadığıma görə şokda idim. Amma bir daha anladım ki, hər an başımıza gələ biləcək işlərə hazır olmalıyıq. Mənə və malıma dəyən ziyan balamın, ailəmin sədəqəsi olsun”.

Aparıcı Könül Muxtarovanın maşını qarət olundu – Video

Dərgi.az