Maqazin

Afət Fərmanqızından etiraz: “Mənə gül göndərəni Tolik yaxşı tanıyır”

Ötən gün “Xəzər” televiziyasında efirə gedən “Niyə” serialında özünə hədiyyə alıb, efirə göndərən müğənnilər lağa qoyulub. Belə ki, serialda “Hər şey daxil” verilişinə qonaq olan müğənni özünə gül göndərtdirir. Verilişin aparıcısı Tolik isə bir çox məşhurun bu addımı atdığını deyir. Sosial şəbəkədə isə bu kadrların müğənni Afət Fərmanqızına həsr olunduğu iddia olunub. Çünki bir müddət öncə Fərmanqızı verilişdə qonaq olarkən ona gül dəstəsi və avtomobil hədiyyə olunmuşdu.

Dergi.az xəbər verir ki, ifaçı iddialara öz şəxsi hesabında münasibət bildirib. O, serialdakı sözügedən görüntüləri paylaşaraq belə yazıb: “Sosial şəbəkədə videoya mənim şəklim qoyulub və mənə eyham vurulduğu qeyd edilib.Tolik bilir ki, gülləri mən özümə almıram. Yalanım varsa, desin. Gülü mənə alan insanı Tolik məndən əvvəl tanıyır və çox gözəl tanıyır. Tolikə də özü demiş, bir çox hədiyyələr alıb”.

Afətin sözlərini Tolik də təsdiq edib: “Afət, səni 4 aydır tanıyıram, amma sənə gül göndərən dostumuzu çoxdan tanıyıram. Tamaşaçı bilməsə də, mən gülü göndərənin kimliyini bilirəm. Mənə də bahalı hədiyyələr alıb. Amma sənə görə deyil”.