Pərvinin Türkiyədə çəkildiyi klip – Video

Aktrisa Pərvin Abiyeva Türkiyədə klipə çəkilib.

Dərgi.az xəbər verir ki, Tarık Sezer ilə Tuğba Tufantepenin “Yalanların əfəndisi” mahnısının klipində rol alıb. Artıq ekran işi “Youtube”da yayımlanıb.

Qeyd edək ki, Pərvin Abiyeva Türkiyə istehsalı olan və azərbaycanlı məşhurların da rol aldığı “Yanlış anlama” filmindən sonra Türkiyədə populyarlaşdı. Daha sonra Pərvinin müğənni Rafet El Rozamla sevgili olması barədə xəbərlər yayıldı. Hər iki tərəf isə eşq yaşamadıqlarını açıqladı.