54 yaşlı Monika Belluççi çimərlik geyimində – FOTOLAR

54 yaşlı italyalı aktrisa Monika Belluççi “İO Donna” jurnalının üz qabığına çəkilib.

Dergi.az News24.az-a istinadən  xəbər verir ki, fotoqraf Gilles Mari Çillermannın obyektivi qarşısına keçən M.Belluççi ağ köynək və qara korsertdən istifadə edib.

Digər fotolarda isə aktrisa ağ çimərlik geyiminin üzərinə “Chanel” brendinə məxsus pencək geyinib.

Jurnala açıqlama verən Monika Belluççi 52 yaşlı keçmiş həyat yoldaşı Vinsent Kasseldən dünyaya gətirdiyi qız övladları haqda danışıb:

“Mən qızlarıma özlərini qorumağı öyrədirəm. Çünki bu dünya canavarlarla doludur. İstəyirəm ki, onlar azad, müstəqil və xoşbəxt qadın kimi böyüsünlər.

Onların nənələrindən örnək götürməklərini istəmirəm. Hansılar ki, təhsil alıb, deyilənləri edib və həyat yoldaşlarını ictimaiyyət arasında yaxşı təqdim etmək üçün əllərindən gələni hər yola əl atıblar”.