Acun Şeymaya aldığı evi satır

Acun Ilıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşına toy hədiyyəsi olaraq aldığı evi satışa çıxarıb.

Dergi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Ilıcalı evlənməzdən əvvəl toy hədiyyəsi olaraq Şeyma Subaşına 13 milyon avro dəyərinde boğaz mənzərəli villa hədiyyə etmişdi.

Əvvəlki günlərdə Şeyma Subaşı qəzetlərin birinə verdiyi reportajda Acunla  eyni şeylerden xoşbəxt olmadıqları üçün boşandıqlarını  demişdi.

İddialara görə Acunun evi satmağına səbəb Şeymanın evlililəri haqqında  açıqlama verməyi olub.

Qeyd edək ki, tərəflər  arasında bu barədə danışmayacaqları haqqında razılaşma olduğu deyilirdi.