Ankaradakı Rusiya səfirinin öldürüldüyü an… – VİDEO

Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub. Dergi.Az Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib.

Şahidlərin sözlərinə görə, sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. O, ağır vəziyyətdə hadisə yerinin yaxınlığında olan xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumda səfirdən başqa 3 nəfər də yaralanıb. 

Hadisə yerində olan kamerada atəş açanın türkcə səsləndirdiyi bəyanatı eşidilir: “Bizim torpaqlarımızda törətdiyiniz hər şey üçün cavab verəcəksiniz. Biz asayişdə olmayınca, sız də olmayacaqsınız. Gedin və olduğunuz yerdə qalın. Burdan mənim meyitim çıxacaq” – deyib həmin şəxs.
Anadolu agentliyi xəbər verir ki, hücum edən Türkiyə xüsusi qüvvələri tərəfindən öldürülüb.

loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.