Aralarında 31 yaş fərq olan məşhur cütlük valideyn olmağa hazırlaşır — FOTOLAR

Monika Belluççi ilə boşandıqdan sonra model Tina Kunakey ilə evlənən fransız aktyor Vinsent Kassel ata olmağa hazırlaşır.

“Ölkə.Az” xəbər verir ki, aralarında 31 yaş fərq olan məşhur cütlük bunu sosial şəbəkədə bir video ilə pərəstişkarlarına bildirib.

Vensan və Tina avqust ayında evlənib. Cütlük dəniz kənarında çəkdikləri videonu sosial şəbəkədə paylaşıblar. Olduqca xoşbəxt görünən cütlüyün videosu 270 mindən çox insan tərəfindən bəyənilib. Minlərlə izləyici rəy yazıb.