İdman

Arsenalın yarımmüdafiəçisinin evindən cəsəd tapılıb

Arsenalın misirli yarımmüdafiəçisinin evindən cəsəd tapılıb.

Musavat.com xəbər verir ki, futbolçunun Qahirə yaxınlığındakı villasından tapılan cəsədi atası Naser Elneni tapıb.

Mövzu ilə bağlı araşdırmaları tamamlayan Misir Cinayət Axtarış Xidməti evdə tapılan cansız bədənin bir oğruya aid olduğunu və evdəki elektrik xətlərini oğurlamağa çlışarkən cərəyan vurması nəticəsində dünyasını dəyişdiyini bildirib.

Futbolçu özü bu xəbəri telefon vasitəsilə alıb.