ATV-dən ARB-yə keçdi

ATV kanalının məşhur layihəsi olan “Bozbash Pictures”in Şirini, aktyor Nicat Rəhimov yeni serial çəkilib. Dergi.az xəbər verir ki, o, ARB TV-də yayımlanan “Baldız” serialı ilə tamaşaçı qarşısına keçib. 

Qeyd edək ki, “Bozbash Pictures” oktyabr ayından etibarən fəaliyyətini dayandırıb. Hazırda komandanın keçmiş üzvləri İlkin Həsəni və İlkin Misgərli “Buğlama” serialında rol alırlar.

Komandanın digər üzvü Ramil Babayev “Şou şu” adlı proqram aparır. Aktyor Elşən Orucov isə bir neçə həftə bundan əvvəl “Fəlakət” filmini təqdim edib.