Maqazin

“Avroviziya 2019”: finaldakı çıxış ardıcıllığı

Mayın 18-i İsrailin Tel-Əviv şəhərində “Avroviziya 2019” mahnı müsabiqəsinin finalı keçiriləcək. Novator.az finaldakı çıxış ardıcıllığını təqdim edir:

Mikela Paçe, Malta

Yonida Maliçi, Albaniya

“Lake Malavi” qrupu, Çexiya

“Sisters” qrupu, Almaniya

Sergey Lazarev, Rusiya

Leonora Kolmor Yepsen, Danimarka

Sərhad Hacıpaşalıoğlu, San Marino

Tamara Todevska, Şimali Makedoniya

Con Lundvik, İsveç

Zala Kral və Qaşper Şantl, Sloveniya

Tamta Qoduadze, Kipr

Dunkan Laurens, Niderland

Katerina Duska, Yunanıstan

Kobi Marimi, İsrail

“Keiino” qrupu, Norveç

Maykl Rays, Böyük Britaniya

“Hatari” qrupu, İslandiya

Viktor Kron, Estoniya

Zinaida Kupriyanoviç, Belarus

Çingiz Mustafayev, Azərbaycan

Bilal Həsəni, Fransa

Alessandro Mahmud, İtaliya

Nevena Bojoviç, Serbiya

Luka Henni, İsveçrə

Keyt Miller-Haydki, Avstraliya

Migel Nunyes Poso, İspaniya.

1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 7 “Avroviziya”da birinci olub.

İsveç 6 müsabiqədən qalib çıxıb.

Fransa, Lüksemburq, Böyük Britaniya 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.

Niderland və İsrail 4 yarışmada qalib gəlib.

Danimarka və Norveçin 3 qələbəsi var.

Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.

Azərbaycanın 1 qələbəsi var. Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə, Portuqaliya da 1 dəfə “Avroviziya” qalibi olublar.

Tarixə qovuşmuş Yuqoslaviya da 1 uğur əldə edib.