Maqazin

Aygün Kazımova “Altın Kelebek”də – Foto

Hazırda Türkiyədə “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilir. 

Dergi.az xəbər verir ki, Türkiyənin məşhur simalarının qatıldığı gecədə Azərbaycandan namizəd olan xalq artisti Aygün Kazımova da iştirak edir. Sənətçi “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.

Xalq artisti Azərbaycanda keçirilən səsvermə nəticəsində nüfuzlu tədbirdə mükafat almağa haqq qazanıb.