Maqazin

“Azərbaycan təbiətin möcüzəsidir” – Müge Boz

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisalar Müge Boz və Nərgiz Kumbasar “”Çat kapı aşk” filminin qalası üçün Bakıya gəliblər.

Axşam.az-ın məlumatına görə, aktrisalar tədbirə qatılmazdan əvvəl şəhər gəzintisinə çıxıblar. Müge “İçərişəhər”dən fotolar paylaşaraq, Azərbaycanı çox bəyəndiyini bildirib:

“Bakıda “Qız qalası” deyilən tarixi məkan. Kiçik küçələr arasında inanılmaz dərəcədə gözəl olan memarlıq abidələrinə baxarkən əzilməyəcəyinizə əmin olun (şəhərdə qarışıqlıq yoxdur).

Əllə toxunan xalçalar, qutab, qoyun dərisindən hazırlanan papaqlar, qədim əşyalar satılan mağazalar… Və ən önəmlisi çox ləzətli yeməklər. Hər şey orqaniq və təbidir. Axşamlar Kukla Teatrı izləyə bilərsiniz. Ötən dəfə gələndə izləmişdik. Buranın enerjisi mənə xoş təsir bağışlayır. Tövsiyyə edirəm. Gedə biləcəyiniz daha çox yerlər var. Mənim Azərbaycan paylaşımlarıma baxın. Burada məni çox yaxşı gəzdirirlər. Azərbaycan təbiətin möcüzəsidir”.

Nərgiz Kumbasar isə “Ən sevdiyim şəhər – Bakıdayam. “İçərişəhər”də möhtəşəm bir Azərbaycan səhər yeməyi” sözlərini qeyd edib.