Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək

Azərbaycanda 1-6 may tarixlərində IV Britaniya Film Baharı Festivalı keçiriləcək.

Dərgi.az-ın  APA-ya istinadən xəbərinə görə, bunu “British Council Azerbaijan”ın təmsilçisi Dilarə İbrahimova deyib.

Onun sözlərinə görə, festival “British Council”, Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində keçiriləcək.

Festivalda 8 ən yaxşı Britaniya filmi nümayiş olunacaq.

Bir cavab yazın