Maqazin

“Azərbaycanda ilin qadın müğənnisi” o oldu: “İki dəfə Türkiyədə qalib ola bilmədim”

“Altın Kelebek” mükafatlandırma mərasimində məşhurlar öz mükafatını almağa davam edir.

Dergi.az xəbər verir ki, artıq bəzi qaliblərin adı da məlumdur. Onlar arasında xalq artisti Aygün Kazımova da var. O, “Azərbaycanda ilin qadın müğənnisi” mükafatına layiq görülüb.

Mükafatı Aygünə saç stilisti Öndər Tiryaki təqdim edib. Kazımova hislərini belə ifadə edib: “Çox danışmaq istəmirəm. Hamıya təşəkkür edirəm. İki dəfə Türkiyədən namizəd oldum, amma qalib gələ bilmədim. Qismət öz ölkəmdən mükafat almaq imiş. Yaxşı ki, “Altın Kelebek”iniz var”. Daha sonra Kazımova “Sus” mahnısını oxuyub.

Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.

Xalq artisti Azərbaycanda keçirilən səsvermə nəticəsində nüfuzlu tədbirdə mükafat almağa haqq qazanıb.