Azərbaycanda ilk dəfə “Make up show” baş tutub — FOTOLAR

Azərbaycanda ilk dəfə “Ambassadore Hotel”də Qədir Gülməmmədov və rəssam-vizajist Aygün Əmrahlının təşkilatçılığı ilə “Make up show by RVA” tədbiri keçirilib.

Dergi.Az saytının informasiya dəstəkçisi olduğu tədbirdə Aygün Əmrahlı bildirib ki, Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində o, tələbələrinə dəstək olaraq bu tədbiri keçirir.

Burada məqsəd tələbələrlə həmrəylik göstərərək onların əl işlərini sərgiləməkdir.

Tədbirin birinci hissəsində Aygün Əmrahlı öz əl qabiliyyətini göstərib.

Daha sonra isə meydan vizajistin tələbələrinə verilib.

Tədbirdə gənclərə dəstək üçün xalq artisti Məleykə Əsədova, müğənnilər Sevinc Musayeva, Vəfa Şərifova, Ayaz Babayev, Tural Əzimov və Xəyal Hüseyn də iştirak ediblər.

Layihənin davamlı olacağını deyən Aygün Əmrahlı bundan sonra da gənclərə dəstək verəcəklərini bildirib.

Dergi.Az

Fotolar: Çinarə Vahabzadə

loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.