“Azərbaycanda komediya adını bədnam etdilər”

Rejissor Aqil M.Quliyev beş film çəkəcək.

Dergi.az-ın məlumatına görə, o, bu haqda “ATV kulis” verilişində deyib. Rejissor komediya janrında olan filmlərin qınanılmasından danışıb:

“Film çəkmək biznes layihədir. Pul qoyur və maliyyə götürürlər. Bunu qınamıram. İnsan halal pulunu qoyub götürür. İnanıram ki, ələnib yaxşı şey ortaya çıxacaq.

Azərbaycanda komediya adını bədnam etdilər. Komediya neçə ildir özünə yer etmiş janrdır. Nə edirlər etsinlər, keyfiyətli iş ortaya çıxarsınlar. Məni bir peşəkar kımı bu sındırır. Komediyanı aşağılamaq lazım deyil”.

Dergi.az

Bir cavab yazın