Təhsil

Azərbaycanda müəllimlərin işə qəbulunun vaxtı açıqlanıb

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı bilinib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, proses 24 iyun – 26 avqust tarixlərini əhatə edəcək.

O qeyd edib ki, müsabiqəyə qəbul 4 mərhələdə aparılacaq.