Azərbaycanın ən yaraşıqlı modeli ölkəni birdəfəlik tərk edə bilər…

Mister Azərbaycan 2017 müsabiqəsinin qalibi olan model Əli Hüseynov yenə gündəmdədir. 

Hazırda İstanbulda olan model ora işguzar səfər üçün dəvət edilib. Ötən gündən İstanbulda olan Əli orda adını açıqlamadığı moda və film sahəsi üzrə çalışan tanınmış menecerlərdən biri ilə görüşəcək.

News24.az-a bu haqda danışan model “əgər şərtlər qane edərsə, gələn ilin yayından İstanbula köçəcəm” – deyə, bildirib. Karyerasını Türkiyədə davam etdirmək arzusunda olan Azərbaycanın hazırda ən yaraşıqlı modeli sayılan Ə. Hüseynov həm moda, həm də film sektorunda fəaliyyət göstərmək istəyir.