Təhsil

Azərbaycanın bu universitetlərində təhsil alanların nəzərinə – “Diplomlarınız tanınmayacaq”

Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Dergi.az bidirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov redaktor.az-a məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir:

“Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb”.

Ekspert bildirib ki, yeni qərara əsasən bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.