Maqazin

Azərbaycanlı aktrisa “Altın Kelebek”də: “Bir gün mən də…” – Fotolar

Azərbaycanlı aktrisa Aysel Nazim “Altın Kelebek” mükafatlandırma mərasiminə qatılıb. 

Dergi.az xəbər verir ki, qonaqlar sırasında yer alan aktrisa gecədən fotolarını sosial şəbəkədə paylaşıb.

“Dostlarımın dəvəti ilə gecəyə qatıldım. Hər şey çox möhtəşəm idi. Bizim müğənnilər iki ildir ki, mötəbər mükafatı alır. İnanıram ki, önümüzdəki illərdə aktrisalarımız, aparıcılarımız da bu mükafata layiq görüləcək. Özümü o mükafatı alanlar sırasında görmək istəyirəm”, – deyə aktrisa musavat.com-a açıqlamasında deyib.

Qeyd edək ki, Aysel Nazim dekabrın 18-i İstanbulda keçiriləcək “Türkiyə-Azərbaycan Kardeşlik Ödülləri” gecəsinə hazırlaşır. Tədbirin təşkilatçıları “BHS Group”un rəhbəri Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimdir.

     

bayanwww.antalyaescortu.com