Azərbaycanlı aktrisa məşhur serialda – Foto

Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə “La Casa De Papel” serialında rol alacaq.

Dərgi.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun  “La Casa De Papel “serialının üçüncü sezonunda İstanbul obrazını canlandıracağı dəqiqləşib.

Nəsrinin meneceri Selin açıqlamasında aktrisanın serialın prodüseri ilə danışıqlar apardığını deyib:

“Yayılan xəbərlər doğrudur. Görüşmələr uğurlu nəticə verib. Bir görüş yenə olacaq. Nəsrin xanım 4-5 dil bilən bir aktrisadır. Bu da onu digərlərindən fərqləndirir.

Canlandıracağı obraz haqqında bir melumat verməyim doğru olmaz”.

Qeyd edək ki, Cavadzadə keçən il ispan şirkətinin “El Desentierro” adlı filmində rol alıb və uğurlu çıxışı ilə diqqət çəkib.