Maqazin

Azərbaycanlı müğənni 54 yaşında ata olacaq

54 yaşlı müğənni Tacir Şahmalıoğlu ata olacaq.

Dərgi.az xəbər verir ki, bu, sayca ifaçının üçüncü övladı olacaq. Bu haqda Tacir “Şou ATV” verilişində deyib.

Müğənni aparıcı Nanə Ağamalıyevanın bununla bağlı sualını təsdiqləyib. O, övladının beş aydan sonra dünyaya gələcəyini söyləyib.

Qeyd edək ki, T.Şahmalıoğlunun bir qız, bir oğul övladı var.