Qəza

Bakıda dəhşətli qəza: “Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?” – VİDEO

Bu gün səhər saatlarında Bakı şəhərində dəhşətli yol qəzası baş verib.

Dərgi.az avtosfer.az-a istinadən xəbər verir ki, “KİA” markalı avtomobilin sürücüsü yüksək sürətlə “BakuBus” markalı avtobusa çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü yerindəcə ölüb.

Videodan görünür ki, sürücü çox təhlükəli manevrlər edib.

Bu da həmin yolda gedən maşınlardan birinin video qeydiyyatına yazılıb.

Qeyd edək ki, həyatını itirən şəxs 1970-ci il təvəllüdlü bir vətəndaşdır. Onun adı hələlik açıqlanmır.