Hadisə

Bakıda intihara cəhd: körpüyə çıxıb özünü bıçaqlamaq istədi – VİDEO

Bakıda intihara cəhd hadisəsi baş verib.

Hadisə Bakının Nəsimi rayonunda, 3-cü mikrorayon dairəsi üzərindəki körpüdə baş verib.

Kimliyi məlum olmayan şəxs əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyib.

İnsident baş verən əraziyə FHN-nin xüsusi xilasetmə qrupu cəlb olunub.

Hadisə səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Sözügedən şəxs son anda polis tərəfindən xilas edilib.