Bakıda kameralara düşən görüntü: Kişi qonşusunun qapısına gecələr “qurd yağı” sürtür (VİDEO)

Bakıda orta yaşlarında olan kişinin əməli görənləri dəhşətə gətirib.

AZXEBER.COM-a göndərilən görüntülərdə, gecə saatlarında market olaraq fəaliyyət göstərən obyektin qapısına yaxınlaşan şəxs qapılara mənşəyi bilinməyən yağ sürtür.

Videonu redaksiyamıza göndərən şəxs iddia edir ki, həmin kişinin əlindəki qurd yağıdır və o bilərək onun mağazasının qapısına həmin yağı sürtür.

Görüntülərdən də göründüyü kimi, bu əməlini törədən kişi heçnə olmamış kimi ərazidən uzaqlaşır.

Həmin görüntüləri təqdim edirik: