Bakıda şam yeməyinə 800 AZN ödədi – Video

Rusiyanın məşhur “Oryol i Reşka” verilişi bu dəfə də Bakıda çəkilib.

Axşam.az xəbər verir ki, dördüncü dəfədir Bakıya həsr olunan proqramda nəqliyyatdan tutmuş Azərbaycan mətbəxinə qədər maraqlı görüntülər lentə alınıb.

Proqramın aparıcıları – bloggerlər Nastya İvleyeva və Yevsey Kovalyov şəhərimizin müxtəlif yerlərində olub və Bakının son illər necə inkişaf edərək dəyişdiyindən bəhs ediblər.

Verilişdə diqqət çəkən məqam isə aparıcılardan birinin Bakıda yerləşdən restoranlardan birində çan yeməyi üçün 469 dollar (təxminən 800 AZN) pul ödəməsi olub.

Qeyd edək ki, “Oryol i Reşka” adlı əyləncəli səyahət şousu dünyanın ən məşhur ölkələrindən və şəhərlərindən bəhs edir. Verilişin şərtinə görə, aparıcılardan birinə 100 dollar, digərinə isə qızıl kart verilir. Həmin pullarla gənc aparıcılar tamaşaçılara nümayiş etdirməyə çalışırlar ki, bu qədər vəsaitlə müəyyən şəhərdə necə gəzib istirahət etmək olar.