Bakıda saxta yumurtalar peyda olub – VİDEO

Bu yumurtalar parafin və jelatin kimi müxtəlif kimyəvi maddələrin sayəsində hazırlanır

Son günlər Çində saxta yumurtaların istehsal edilməsi ilə bağlı bir sıra məlumatlar və videogörüntülər yayılıb. 

Çində istehsal edilən bu yumurtalar parafin və jelatin kimi müxtəlif kimyəvi maddələrin sayəsində hazırlanır. 

Bu tip yumurtaların ölkəmizdə bəzi bazarlarda da satıldığı iddia edilirdi. Bu gün izləyicilərdən biri həmin yumurtanın görüntülərini Dərgi.Az-nun redaksiyasına göndərib. Görüntülərdən görünür ki, yumurtanın sarısı əzilmir və plastikdir. 

Həmin görüntüləri təqdim edirik:

loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.