Maqazin

“Bozbaş Pictures”in Fəlakəti: “Afaq Bəşirqızı cəsarətli, Bəhram ilə Tahir isə…” – VİDEO

“Sənət adamlarının prezidentlə görüşünü izləmişəm. Mən orada olsaydım, heç nə istəməzdim. Çünki böyüklərimiz vardı. Mənə söz düşməzdi. Afaq xanımın cəsarətli çıxışından sonra mesaj yazdım, təşəkkür etdim. Dostlarımız Tahir İmanov, Bəhram Bağırzadə bizim ürəyimizdəkiləri dedi. O çıxışlar kinonun, teatrının inkişafında rol oynayacaq”.

Bu sözləri dergi.az  saytına açıqlamasında “Bozbaş Pictures”in  Fəlakəti Elşən Orucov deyib.

O, dövlət hesabına çəkilən filmlərdən də bəhs edib: “Heç vaxt dövlət hesabına çəkilən filmlərdə rol almamışam. İnanıram ki, zamanla bu da dəyişəcək. Çünki yaxşılığa doğru işlər gedir, kino və teatrla bağlı verilən qərarlar inkişafın olacağından xəbər verir. İnanıram ki,  önümüzdəki illərdə dövlət tərəfindən bizə də dəstək olacaq”.

Aktyor “Büdcəniz olsaydı, necə bir film çəkərdiniz” sualına isə belə cavab verib: 
“Bu haqda heç vaxt fikirləşməmişəm. Filmin ərsəyə gəlməsində büdcə böyük rol oynayr. Hazırda ən bahalı filmləri “Bozbaş Pictures” komandası çəkir. 200-300 min pul xərclənir. Əlbəttə daha bahalı filmlər çəkmək olar.  Reallıq var, kinoteatra gələn tamaşaçı ilə büdcəni uyğunlaşdırmalıyıq ki, xərcimiz borcumuzu ödəsin. Dəstək görsək, daha keyfiyyətli işlər görə bilərik”.

E.Orucov sonuncu dəfə təqdim etdikləri “Bombaltı” filmindən də danışıb: “Qaladan sonra filmi kinoteatrda da izləmişəm. Gözlədiyimizdən yaxşı iş ortaya çıxıb. Zamanla filmlərimiz inkişaf edir. Hər il daha keyfiyyətli işlər ortaya çıxır. Ötən ildən fərqli olaraq bizim rayon və şəhərlərimizdə də kinoteatrlar açılır. Birləşib ortaya iş qoyulsa, daha yaxşı işlər görülə bilər”.