Seçilmiş

Bu da Damlanın məmur olan sevgilisi – FOTO

Azərbaycanın tanınan müğənnilərinin özəl həyatı vaxtaşırı gündəmə gəlir. İctimai maraq müğənnilərin yaradıcılığından çox, onların şəxsi həyatına yönəlir.

Əslində bütün dünyada media siyasətçilərdən, ədəbiyyatçılardan və digər peşə sahiblərdən daha çox müğənnilərin, eləcə də aktyorların barəsində xəbərlər yaymağa çalışır. Çünki bu xəbərlər daha tirajlı olur.

Azərbaycanda aktyorlardan da ən çox müğənnilər haqda xəbərlərə maraq var. Əsasən də qadın müğənnilərə. Onların sənəti, yaradıcılığı kimsəni maraqlandırmaz. Allah tərəfi, dərin sənət nümunəsi ortaya qoyan da yoxdu, onlardan bunu tələb edən də. “Rakkada-çıkkada” mahnılarla millətin sevimlisinə çevrilmək mümkündüsə, özlərini niyə çətinə salıb, vaxtlarını, enerjilərini, paralarına boşuna xərcləsinlər?!

Son vaxtlar bəzi qadın müğənnilərin sponsorları haqda da maraqlı və ziddiyyətli məlumatlar yayılır. Bu məsələdə müğənni Damlayla Şəbnəm Tovuzlu öndə gedir yazsaq, yəqin ki yanılmarıq.

Картинки по запросу Damla müğənni

Damlaya maddi dəstək verən şəxs Azərbaycanın qərb rayonlarından birinin icra strukturunda yüksək vəzifə tutur. Onun sabiq nazirlərdən birinin xalası nəvəsi olduğu haqda məlumatlar var. Mənbəmiz həmin məmurun adını deyib, fotosunu yollayıb. Amma bəzi etik səbəblərdən Damlanın sponsor-sevgilisinin adını hələlik yazmağı məqsədə uyğun bilmirik. Mənbə bildirir ki, həmin məmur çox zəngindir. Onun bölgələrdə, paytaxt Bakıda və xarici ölkələrdəki mal varlığı haqda da bəzi bilgilər əldə etmişik. Mənbənin iddiasına görə, adam o qədər zəngindir ki, 15-20 müğənni saxlamaq imkanlarına malikdir. Onun adı yerli mətbuatda demək olar ki, indiyədək hallanmayıb.

Damlanın sevgilisi iddia edilən şəxs

Qaynağımızın iddiasına görə, bu məmur adının hallana biləcəyindən çox ehtiyat edir. Ona görə də iz azdırmaq üçün Damlanın yanına Şəbnəmi də qoşaraq,  onların sevgililərinin başqa adam(lar) olduğu haqda mediada yalan məlumat yaydırır. Və yalan xəbər sosial şəbəkələrə də ayaq açıb. Bu qadın müğənnilər də sanki bilincli şəkildə heç bir təkzib vermirlər. Çünki “sponsor” müəllim belə tələb edir.

Amma cidanı çuvalda, sevgilini gizlində saxlamaq olmaz, necə deyərlər. Xüsusilə də müasir dünyada xəbər gizlətmək mümkünsüz işdi.

Xatırladaq ki, Şəbnəm Tovuzlu bir neçə ildir ki, Hacı Rafiq kimi tanınan iş adamı ilə evli olduğunu deyir. Ərli qadın olduğunu deyən Şəbnəm, adı başqa bir kişiylə sevgili kimi hallansa da bundan rahatsız olub, təkzib yaymır.

Yeri gəlmişkən, özünə Tovuzlu ləqəbi götürmüş Şəbnəmin əslində Cəlilabaddan olduğu deyilir. Müğənninin yaxınlarının musavat.com-a bildirdiyinə görə, onun atası Cəlilabad rayonundan, anası Tovuzun Qovlar qəsəbəsindəndir. Atası bunları tərk edib getdikdən sonra, anası yenidən Tovuza qayıdıb və başqa biriylə ailə qurduğu üçün Şəbnəm xalasının himayəsində böyüyüb.

Musavat.com