Bu qızla evlənənə pul mükafatı verilir

Taylandlı iş adamı qızı ilə evlənən adama 240 min funt sterlinq pul mükafatı təklif edir.

Dergi.az xarici mediaya istinadən xəbər verir ki, iş adamı qızının uzun müddətdir evlənmək istədiyini və ona ideal həyat yoldaşı tapmaq üçün yarış təşkil etdiyini bildirib.

Ata bu barədə öz sosial media hesabında elan verib: “Kiminsə gəlib qızıma evlənmə təklif etməyini gözləmək gec olar. Ona görə də kürəkən namizədlərinin indi gəlməyini tələb edirəm”.

58 yaşlı iş adamının 26 yaşlı qızı isə atasının təklifindən məmnun olduğun bildirərək, seçici olmadığını, sadəcə gəzməyə gedə və şəkil çəkdirə biləyəci birini axtardığını deyib. Elandan sonra bir çox şəxs iş adamının qızı ilə evlənmək üçün müraciət edib.