Bu yazını oxusanız, çox əylənəcəksiniz – VİDEOLAR

Son illərdə vloqqerliyə maraq artsa da, bunun hər kəsdə uğurlu alındığını demək olmaz. Ancaq keyfiyyətdən asılı olmayaraq, istər danışıq tərzi, istərsə də hazırladığı videolarla həmin şəxslər də diqqət çəkə biliblər. Bu kimi videolar sosial şəbəklərdə çox vaxt qınaq obyektinə çevrilsələr də, ancaq gülüş yaratmağı da bacarırlar.\r\n\r\nDergi.Az sosial şəbəklərdə zaman-zaman ən çox paylaşılan və hər kəsi əyləndirməyi bacaran məzəli videoları sizə təqdim edir:\r\n\r\nSiyahımıza ilk olaraq 100 minlərlə baxış sayı toplayan özlərini reper adlandıran Narko və Xakonun “Gözlər” dueti ilə başlayırıq. Səsləndirilən mahnının sözləri ilə yanaşı, videoda istifadə olunan müxtəlif effektlər uzun müddət sosial şəbəkələrdə müzakirə olunub.\r\n

\r\nVideolarını daha çox yutub platformasında yerləşdirən Narko və Xakonun hətta kifayət qədər izləyicisi var. Narkonun Aytən adlı qıza həsr etdiyi digər bir video da sosial şəbəkələrdə geniş müzakirə olunub və xeyli istifadəçi tərəfindən paylaşılıb.\r\n

\r\nBaşqa bir marağa səbəb olan video isə rep A. S. İ. Drop və A. Q.A İsyankarın nakam sevgiyə həsr etdiyi repdir. Videonu ümumilikdə 200 mindən çox insan izləyib.\r\n

\r\nSosial şəbəkə istifadəçiləri Taleh Ağayevin videolarını paylaşaraq onun Nohun adlı qəhrəmanının nə etmək istədiyini hələ də anlamadıqlarını yazırlar. Daha çox instaqramda paylaşılan videolar hazırda xeyli baxış sayı toplayır.\r\n

\r\nAyka Şirinkanın səsləndirdiyi qəmgin şeirlər də bir müddət sosial şəbəklərədə geniş paylaşılanlardan olub.\r\n

\r\nBonus: Hər kəsin maraqlı video çəkmək üçün maddi vəsait və yaxud səsyazma studiası olmaya bilər. Ancaq keyfiyyətli iş ortaya qoymaq və sosial şəbəkələrdə izləyicilər tərəfindən bəyənilmək üçün qabiliyyət kifayətdir. Sonuncu təqdim etdiyimiz videodakı kimi:\r\n\r\n\r\n\r\n“Qafqazinfo” Günel Hacı

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.