FOTOSESSİYA

Çılpaq “Ancelina Coli” hər kəsi aldatdı – FOTOLAR

Hollivudda məşhur olmaq istəyənlərin bənzəməyə çalışdıqları ulduzlar arasında ilk sıralarda Ancelina Coli də yer alır və bu çox zaman qarışıqlıq yaranmasına səbəb olur.

Primetime.az xəbər verir ki, belə hallardan biri də Los Ancelesdəki çimərlikdə yaşanıb. Belə ki, görüntüsü ilə Ancelina Colinin gənclik illərini xatırladan Mara Teyqen dostları ilə birlikdə çimərliyə gedib. Günəşdən qorunmaq üçün şlyapa taxan 24 yaşlı modeli uzaqdan görən hər kəs ilk anda A. Coliyə oxşadıb. Foto çəkdirmək üçün yanına getdiklərində isə həqiqəti görüblər. Teyqen isə olub bitənlərə sadəcə gülümsəməklə cavab verib.

Qeyd edək ki, Kayli Cennerin sahibi olduğu kosmetika markasının reklam üzü olaraq tanınan M. Teyqen A. Coliyə bənzəmək üçün dəfələrlə əməliyyat olunub.