Çılpaq və mavi: amerikalı fotoqrafın yeni layihəsi (18+)

 

\r\n

\r\n\r\nİngiltərənin dənizkənarı Hull şəhərinin minlərlə çılpaq və mavi rəngə boyanmış sakini amerikalı fotoqraf Spencer Tunick-in “Hull Dənizi” layihəsində iştirak edib.\r\n\r\nNümayişdən çəkilmiş fotoşəkillər 2017-ci ildə şəhərdə təşkil ediləcək Ferens Art qalereyasında sərgilənəcək və “Britaniya mədəniyyətlər şəhəri” proqramında iştirak edəcək.\r\n\r\nNümayişdən çəkilmiş fotoşəkillər 2017-ci ildə şəhərdə təşkil ediləcək Ferens Art qalereyasında sərgilənəcək və “Britaniya mədəniyyətlər şəhəri” proqramında iştirak edəcək.1992-ci ildən bəri o, növbəti layihəsinin vaxtını və yerini əvvəlcədən elan edir və maraqlanan hər kəsi orada iştirak etmək üçün dəvət edir.\r\n\r\nImage result for Spencer Tunick hulk\r\n\r\nOnun ilk “çılpaq çəkilişində” iştirak edənlərin sayı beş yüzdən çox deyildi, lakin daha sonra öz bədəninin müasir incəsənətin bir hissəsi olmasını istəyənlərin sayı artmağa başladı.\r\n\r\n2003-cü ildə Tunick Barselonada yeddi min insanın, 2007-ci ildə Mexiko şəhərində isə 18 min insanın fotosunu çəkib.\r\n\r\nImage result for Spencer Tunick hulk\r\n\r\nBBC-ə müsahibəsində fotoqraf bildirib ki, onun üçün çəkilişlərdə rekord sayda insanın olması maraqlı deyil, ancaq layihəsi üçün yetərli qədər insanın olmasını istəyir.\r\n\r\nCənab Tunick-in fikrincə, Hull şəhərindəki çılpaq və mavi rəngə boyanmış insanlar şəhərin dəniz ruhunu əks etdirir.\r\n\r\nRelated image\r\n\r\nDaily Telegraph qəzetinin verdiyi məlumata görə, mavi rəngin müxtəlif çalarlarına boyanmış Hull sakinlərinin şəkilləri, məşhur tarixi şəhərin müxtəlif yerlərində çəkilib.\r\n\r\nƏn diqqət çəkən çəkilişlərdən biri isə 2013-cü ildə tikilmiş fırlanan körpünün üzərindəki çəkiliş olub.\r\n\r\nImage result for Spencer Tunick\r\n\r\nartolsun.az\r\n\r\n

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.