LentMaqazin

Dadodan Natavana dəstək-VİDEO

Müğənni Natavan Həbibi yeni klipinin çəkilişlərinə start verib. Dergişaz xəbər verir ki, bu barədə sənətçinin repçi həyat yoldaşı Səid Əliyev (Dado) məlumat verib. 

Dado çəkilişdən lentə aldığı görüntüləri instaqramda paylaşaraq “Daha bir klip gəlir. Məndən yox, həyatımdan” şərhini yazıb.

Natavan “Əşi özü bilər” adlı ekran işini əvvəlki hiti olan “Qısqana-qısqana”nı çəkən şirkətə həvalə edib.