Gündəm

Damlanın biznesmen sevgilisi kimdir?

Tanınmış müğənni Damlanın əslən Şəmkirdən olan sevgilisinin olduğu iddia olunur. 

Dərgi.az-ın əldə etdiyi özəl məlumata görə, iddia edilir ki, Damla bir müddətdir şəmkirli iş adamı ilə sevgilidir və fürsət düşdükcə tez-tez onun Şəmkirdə olan villasına yola düşür.

Həmin şəxsin adı hələ ki, bəlli olmasa da, onun keçmiş vergilər naziri Fazil Məmmədovun qohumu olduğu iddia edilir.

Məlumata görə, həmin şəxsin bir villası da Gəncə şəhərindədir. İddialara görə, həmin şəxs hazırda evlidir və 3 övladı var.

Qeyd edək ki, müğənni şəxsi həyatı ilə bağlı verilən sauala belə cavab vermişdi: “Mənim sevgim qarşılıqlıdır. Buna görə də özümü çox xoşbəxt hiss edirəm. Qismət olsa, evlənəcəyəm”.

Dərgi.az