Maqazin

Demet Akalın Bakıda səhnəyə əri ilə çıxacaq

Türkiyəli məşhur müğənni Demet Akalın Bakının qonağı olacaq.

Musavat.com xəbər verir ki, sənətçi iyunun 14-də “Elektra Events Hall”da konsert  proqramı ilə çıxış edəcək.

O, yeni mahnıları ilə yanaşı, köhnə hitlərini də səsləndirəcək. Komandasıyla  paytaxtımıza təşrif buyuran ifaçı ilə yanaşı səhnəyə həyat yoldaşı Okan Kurt da çıxacaq. O.Kurt konsertdə Dj-lik edəcək.

Qeyd edək ki, gecənin təşkilatçısı Sahib Heydərovdur.