Ebru Gündeşə növbəti müsadirə şoku

Tanınmış türkiyəli müğənni Ebru Gündeş növbəti dəfə şok yaşayıb.

Dergi.az News24.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Rza Zərrabın borcları ifaçıya problemlər yaratmaqda davam edir. Bu dəfə R.Zərrabın İstanbulun Büyükçekmece bölgəsində yerləşən 47 mənzillik binasının kommunal ödənişlərini ödəməməsi məhkəmə tərəfindən Ebru Gündeşin adına mülkə həbs qərarının çıxarmasına səbəb olub.

Məhkəmə Rza Zərrabın E.Gündüşdə olan 25 min TL-lik mülkünə həbs qoyduğunu açıqlayıb. Tanınmış ifaçı qərarla razılaşmayaraq həyat yoldaşının onda heç bir alacağının olmadığını bildirib.