Dünya

Ebru Gündeş Nyu-Yorka köçür

Türkiyəli sənətçi Ebru Gündeş bu ilin sentyabrında Nyu-Yorka gedərək ABŞ-da məhkəmənin qərarı ilə müvəqqəti olaraq sərbəst buraxılan həyat yoldaşı, cənubi azərbaycanlı iş adamı Rza Zərrabla görüşərək mühüm qərar verib.

Dergi.az-ın “Qafqazinfo”-ya  istinadən verdiyi xəbərə görə, Münhettendə “Four Season” otelində görüşdən sonra sənətçi qızı Alara ilə ilin bir hissəsini Nyu-Yorkda keçirmək qərarına gəlib.

E. Gündeşin yaxınlarına “Alara ilə atasının bir-birindən ayrı qalmasını istəmirəm. Qızımız artıq xaricdə təhsil alacaq. Amma ölkəmlə əlaqəmi əlbəttə ki, kəsməyəcəm” deyib.

Məlumata görə, müğənni İstanbul-Kanlıcadakı evini satmayacaq. O, verəcəyi konsertlər üçün mütəmadi Türkiyədə olacaq.

Qeyd edək ki, Ebru Gündeşlə Rza Zərrab 2010-cu ildə ailə qurub. Cütlüyün Alara adında 7 yaşlı qızı var. R. Zərrab 2016-cı ilin martında ABŞ-da həbs olunub. O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunur.

bayanwww.antalyaescortu.com