“Elə bilirlər ki, fikirləri mənim vecimədir?”

Müğənni Afaq Aslan modelliklə bağlı daha böyük layihələr həyata keçirmək niyyətindədir.

Dərgi.az-a açıqlama verən ifaçı bildirib ki, artıq modelliklə ciddi şəkildə məşğul olacaq: “Bu günə qədər model kimi bir çox işlər görmüşəm. Hətta 23 ölkənin qatıldığı “Miss vselennaya 2017” (Kainat gözəli – 2017) müsabiqəsində 1-ci olmuşam. Bu sadəcə işlərin başlanğıcıdır. Türkiyədə modelliklə bağlı elə bir həyata keçirəcəyəm ki, hər kəs bu işdən danışacaq. Həm müğənni, həm də modeləm. Bu bir çoxlarını narahat edir. Müğənnilik, modellik mənim hobbimdir. Modelliklə bağlı edəcəyim yeni layihə hər kəsi şoka salacaq. Onu da deyim ki, tanınmış bir firmanın əsas siması seçilmişəm. Bütün bunlar barədə yaxın zamanlarda xəbərdar olacaqsız”.

A.Aslan bildirib ki, yay fotosessiya da etdirib: “Bir çoxları deyəcək ki, Afaq yenə saçıq-saçıq şəkillər çəkdirdi. Barəmdə tənqidi şərhlər yazanlar özünüzü yormayın. Sizin fikriniz mənə önəmsizdir. Gözəl bədən quruluşum var, ona görə də çoxu mənə paxıllıq edir”.