Elçinlə muğam ifaçılarının qalmaqalına Elvin də qoşuldu – Video

Müğənni Elvin Abdullayev həmkarı Elçin Cəfərova dəstək olub. 

Dərgi.az-ın məlumatına görə, “Muğam ifaçıları saçına xına qoyurdu, qırmızı görsənirdi” sözləri sənətçinin başına bəla olmuşdu. Muğam ifaçıları elçini qınamış, onun ünvanına sərt sözlər demişdi.

Elvin isə Elçinin düz dediyini söyləyərək, qalmaqalı yenidən alovlandırıb:

“Kimsə sözün düzünü deyəndə, fikrini bildirəndə, hər kəsdə qıcıq yaradır. Elçin müstəqil fikrini bildirib. Orda nə var? Onun repertuarına nəzər salsalar, o da muğam oxuyub. “Çahargah” muğamı üzərində “Mehriban olaq” mahnısını aranjiman edib.

Çox güman ki, Elçinin sənəti ilə bir o qədər də tanış deyillər. Elçin yetərincə muğam da ifa edə bilir, estradanın da öhdəsindən gəlir. Bilirəm ki, o, qalmaqal olsun deyə ağzına gələni danışan ifaçı deyil”.

Dərgi.az