Maqazin

Eldar DNT analizinin cavabını açıqladı: “Şokdayam”

Müğənni Eldar Qasımov “Eurovision” təşkilatçılarının həyata keçirdiyi DNT analizini verib.

Dergi.az  xəbər verir ki, ifaçı nəticələri sosial şəbəkədə paylaşıb və təəccübünü belə ifadə edib:

“Şokdayam. Bir müddət öncə “Eurovision”ın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizin əsasında köklərimi öyrəndilər. Test nəticələri artıq gəldi və bunu sizə təqdim edirəm. 78,4 faiz Qərbi Asiya, 11, 6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz isə İtaliya əsillidir”.

Qeyd edək ki, bir müddət öncə müsabiqə iştirakçılarının DNT analizi verdiyi barədə xəbər yayıldı. Lakin İTV Azərbaycan təmsilçisi Çingiz Mustafayevin analiz vermədiyini açıqladı.